![](https://www.tehsilmerkezleri.az/images/arrow.png)
Yeni test tapşırıqları necə olacaq?
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/calendar.png)
20.12.2017
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/views.png)
1002
![Yeni test tapşırıqları necə olacaq? Yeni test tapşırıqları necə olacaq?](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/422/422-yeni-test-tapsiriqlari-nece-olacaq-1.jpg?1710737030)
Dövlət İmtahan Mərkəzində (DİM) ayrı-ayrı fənlər üzrə keçirilən elmi-metodiki seminarlarda 2018-ci ildə hərbi liseylərə və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün test tapşırıqları nümunələrinin hazırlanması və müzakirəsi başa çatıb.
DİM-dən FaktXəbər-ə bildiriblər ki, nümunələr 2018-ci ildə “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc ediləcək.
Hazırda elmi-metodiki seminarlarda bu il aprelin 30-da və mayın 7-də keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəriciləri təhlil edilir.
Dostlarınızla paylaşın!