![](https://www.tehsilmerkezleri.az/images/arrow.png)
Yay imtahanlarının vaxtı nə səbəbdən dəyişdi?
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/calendar.png)
01.06.2016
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/views.png)
1044
![Yay imtahanlarının vaxtı nə səbəbdən dəyişdi? Yay imtahanlarının vaxtı nə səbəbdən dəyişdi?](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/302/302-yay-imtahanlarinin-vaxti-ne-sebebden-deyisdi-1.jpg?1710625056)
Bu il Azərbaycanda keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.
Milli.Az bildirir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda deyilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib. Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək. Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.
Milli.Az
Dostlarınızla paylaşın!