
Valideyn iclaslarına atalar niyə GETMİR...



Əvvəllər məktəblərdə keçirilən ənənəvi valideyn iclaslarında əsasən kişiləriştirak edər, övladlarının təhsili ilə yaxından maraqlanardılar. İldə bir neçə dəfə keçirilən toplantılarda şagirdlərin hazırlığı, onların təlim-tərbiyəsi, mənfi və müsbət məqamlar müzakirə olunar, faydalı fikir mübadiləsi aparılardı. Son illər bu tendensiya tamamilə dəyişib. Artıq valideyn iclaslarına atalar yox, daha çox analar təşrif buyurur.
Maraqlıdır,buna səbəb nədir?Niyə atalar əvvəlki kimi iclaslara gedib, övladlarının təhsili ilə maraqlanmırlar?
Mövzu ilə bağlıModern.az-adanışan Mili Məclisin Elm və Təhsil Komitəsinin üzvüCeyhun Məmmədovortada obyektiv səbəblərin olduğunu bildirib. Onun fikrincə, əsas məsələiclaslarda valideynlərdən birinin iştirak etməsidir.
"Bu iclaslarda valideynlər övladları və onların tərbiyəsi barədə məlumatları əldə edir.Bu gün ataların başı öz işlərinə qarışb. Onların işdən çıxmasındamüəyyən çətinliklər var. Anaların bəziləriişləmir. Buna görə də onların vaxtı daha çox olur. Məhz bu səbəbdən iclaslarda belə hallara rast gəlirik. Cəmiyyətdə uşaqların tərbiyəsi ilə daha çox analar məşğul olmalıdır deyəfikir formalaşıb. Yəni burada obyektiv səbəblərin rolu var.Ümumilikdə hesab edirəm ki, həm analar, həm atalar, fərqi yoxdur, hər ikisi övladlarının tərbiyəsinə, inkişafına birgə töhfəverməlidirlər. İşlərinin çoxluğundan asılı olmayaraq, onlar övladlarının valideyn iclasına qatılmalıdırlar", - deputat vurğulayıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədriGünel Səfərovabununlabağlı sorğu keçirdiklərini bildirib:
“Təlim-tərbiyə prosesində anaların daha çox iştirak etməsi ilə bağlı fikirlərlərazıyam.Bir maraqlı faktı qeyd etmək istərdim. Biz13 mindən çox valideyn arasında sorğu keçirmişdik.Sorğunu cavablandıranların əksəriyyəti analar olmuşdu. Bu da onun göstəricisidir ki, məktəblə anaların münasibəti daha sıxdır. Əlbəttə,biz bu prosesdə ataların da mütləq iştirakını tövsiyə edirik".
Günel Səfərova valideyn iclasları ilə bağlı bəzi maraqlı məqamları diqqətə çatdırıb:
“Bakını nümunə göstərə bilərik. Şəhərin mərkəzində atalar demək olar ki, iclaslara qatılmırlar. Buna səbəb kimi onların işdə olması göstərilir. Doğrudur, valideyn iclasları əsasən6-cı günlər olur. Ancaq bəzi müəssisələrdə 6-cı güniş olur. Buna baxmayaraq, düşünürəm ki, heç olmasa ildə 2-3 dəfə uşağın təhsilinə vaxt ayırmaq lazımdır.Bakı kəndlərində vəbəzi rayonlarda isə vəziyyət tamamilə fərqlidir. Oradavalideyn iclasınakişilərin gəldiyini görürük. Çünki həmin şəxslər həyat yoldaşlarına iclasa gəlməyə icazə vermirlər. Hətta onların bəzilərinintelefondan istifadə etməyəicazəsi yoxdur. Düzdür, yaxşı nümunələr də var.Bəzi məktəblər var ki, orada həm anaların, həm də ataların iclaslarda iştirakı təmin olunur. Bəzi müəllimlər xüsusilə qeyd edirlər ki, iclasa yanlız atalar gəlsin. Bu baxımdan mən düşünürəm ki, vəziyyət getdikcə dəyişmək üzrədir. Onu da diqqətə çatdırım ki, biz iclaslarda hər iki valideynin iştirakı ilə bağlı pilot layihələrəbaşlamışıq”.
Aytac Əsədova