![](https://www.tehsilmerkezleri.az/images/arrow.png)
TQDK saxtakarlıq haqqında xəbər verdi
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/calendar.png)
01.02.2016
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/views.png)
918
![TQDK saxtakarlıq haqqında xəbər verdi TQDK saxtakarlıq haqqında xəbər verdi](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/227/227-tqdk-saxtakarliq-haqqinda-xeber-verdi-1.jpg?1710505876)
"Son vaxtlar müəyyən qüvvələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınınmüxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhərində, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar". Bu barədə SİA-ya TQDK-dan bildirilib.
Məlumata görə, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir: "Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır".
Dostlarınızla paylaşın!