Summativlərə görə pulun yığılması qanunidir?! – Rəsmi
25.09.2018
1017
Təhsil Nazirliyi orta məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib.
Milli.AzTrend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib ki, summativlərin keçirilməsinə görə şagirdlərdən pul yığmaq məqbul hal deyil:
"Ümumiyyətlə, məktəbin müəyyən maliyyə imkanları olmalıdır. Bununla bağlı məktəblər üçün vəsaitlər də nəzərdə tutulur, məktəblər həmin vəsaitlə summativləri keçirirlər. Elə məktəblər var ki, onlar sponsor köməyindən istifadə edirlər. Amma summativləri bayraq edib pul yığmaq məqbul hal deyil".
Milli.Az
Dostlarınızla paylaşın!