Övladlarını maşınla məktəbə apararkən cərimə olunanların nəzərinə! - Təklif var !
17.12.2016
989
Azərbaycanda məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik vaxt limitinin tətbiq edilməsi təklif edilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib. O qeyd edib ki, valideynlər övladlarını məktəbə apararkən avtomobildən düşüb onu məktəbə qədər ötürürlər:
"Bu isə təqribən 10-15 dəqiqə vaxt aparır. Valideyn uşağı məktəbə qoyub qayıdanda görür ki, avtomobili qanunsuz saxladığına görə evakuator tərəfindən aparılıb. Ona görə təklif edirəm ki, insanların bu cür cərimələrə məruz qalmaması üçün məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik icazə verilsin".
Milli.Az
Dostlarınızla paylaşın!