Ödənişli təhsil alanlara vacib olacaq xəbər
01.06.2016
948
Azərbaycanda təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən iş aparılır.
Milli.Az report-a istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
"Təhsil kreditləri ilə bağlı konkret məlumat verə bilmərəm. Bu gün iqtisadi durumu, əsasən də inflyasiyanın nisbətən yüksək olduğunu nəzərə alsaq, 12-13%-lə təshil kreditlərinin alınması əlverişli olmayacaq. Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aparılır. Həm Təshil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən işlər görülür. Bu barədə yaxın gələcəkdə, payız sessiyasına müəyyən məlumat veriləcək", - deyə nazir əlavə edib.
Milli.Az
Dostlarınızla paylaşın!