![](https://www.tehsilmerkezleri.az/images/arrow.png)
İmtahanlarda olacaq fənlər hansılardır? - RƏSMİ
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/calendar.png)
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/views.png)
![İmtahanlarda olacaq fənlər hansılardır? - RƏSMİ İmtahanlarda olacaq fənlər hansılardır? - RƏSMİ](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/409/409-imtahanlarda-olacaq-fenler-hansilardir-resmi-1.jpg?1710705762)
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədriMəleykə Abbaszadəburaxılış imtahanlarına salınacaq fənlərdən danışıb.
Milli.AzTrend-ə istinadən bildirir ki,M.Abbaszadə qeyd edib: "Hazırda 10-cu sinifdə oxuyan şagirdlərin valideynləri narahatdır, onlar hansı fənlərdən imtahan olacağını bilmirlər. 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq".
M.Abbaszadə bildirib ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub:
"Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir".
Milli.Az