![](https://www.tehsilmerkezleri.az/images/arrow.png)
Hansı rayonlar savadsızlıq siyahısına bu il başçılıq edir?
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/calendar.png)
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/views.png)
![Hansı rayonlar savadsızlıq siyahısına bu il başçılıq edir? Hansı rayonlar savadsızlıq siyahısına bu il başçılıq edir?](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/319/319-hansi-rayonlar-savatsizliq-siyahisina-bu-il-basciliq-edir-1.jpg?1710625409)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu il 9 və 11-ci siniflər üzrə keçirilən imtahanların nəticələrinə əsasən, 36 min şagird Ana dilindən, 42 mindən çox şagird Riyaziyyatdan "2" qiyməti alıb.
IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2", Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2" qiyməti alıb.
XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2", Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2" qiyməti alıb.
Milli.Az bildirir ki, TQDK-nın mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, məzunları Ana dili və Riyaziyyatdan ən çox "2" alan 5 şəhər və rayonların adları müəyyən edilib.
Belə ki, 9-cu siniflər üzrə Ana dilindən Cəlilabad, Kürdəmir, Sabirabad, İmişli, Yardımlı rayonlarının məzunları, Riyaziyyatdan isə Daşkəsən, Cəlilabad, Kürdəmir, Sabirabad, Tərtər rayonlarının məzunları "2" qiyməti alıblar.
11-ci siniflər üzrə Ana dilindən Sabirabad, Ağcəbədi, Daşkəsən, Kürdəmir, Ağsu rayonlarının məzunları, Riyaziyyatdan isə Sabirabad, Ağcəbədi, Daşkəsən, İmişli, Hacıqabul rayonlarının məzunları "2" qiyməti alıb.
Milli.Az