![](https://www.tehsilmerkezleri.az/images/arrow.png)
DİM işçi axtarır
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/calendar.png)
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/views.png)
![DİM işçi axtarır DİM işçi axtarır](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/603/603-dim-isci-axtarir-1.jpg?1710766180)
Xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) müqavilə əsasında işçi qəbulu elan edib.
DİM-dən verilən məlumata görə, namizədlər musiqi sənəti istiqaməti üzrə aşağıdakı bilik və bacarıqlara malik olmalıdır:
- Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;
- Azərbaycan və rus dillərini bilmək;
- Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;
- Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;
- Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;
- Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.
İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslərdən CV formasınıburadanyükləyib tam şəkildə dolduraraq 2020-ci il fevralın 10-dəkqabiliyyet@dim.gov.azelektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.