![](https://www.tehsilmerkezleri.az/images/arrow.png)
BDU “Heydər Əliyev İli” çərçivəsində daha bir layihə həyata keçirir
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/calendar.png)
27.02.2023
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/views.png)
158
![BDU “Heydər Əliyev İli” çərçivəsində daha bir layihə həyata keçirir BDU “Heydər Əliyev İli” çərçivəsində daha bir layihə həyata keçirir](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/1865/1865-bdu-heyder-eliyev-ili-cercivesinde-daha-bir-layihe-heyata-kecirir-1.jpg?1711561996)
Bakı Dövlət Universiteti (BDU) “Heydər Əliyev İli” çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin nəsillərə nümunə olacaq həyatı, zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı daha bir layihə həyata keçirir.
Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU alimlərinin Ulu Öndər haqqında il ərzində dərc olunan ən yaxşı elmi, publisistik məqalələri seçilərək kitab halında çap ediləcək.
Məqalələr il ərzində kağız və elektron formada BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə (press-service@bsu.edu.az) təhvil verilməlidir.
Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89, e-mail:press-service@bsu.edu.az
Dostlarınızla paylaşın!