![](https://www.tehsilmerkezleri.az/images/arrow.png)
Azərbaycanda bu universitetlərin fəaliyyəti dayandırılacaq
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/calendar.png)
07.02.2023
![Web site Web site](https://www.tehsilmerkezleri.az/images/views.png)
148
![Azərbaycanda bu universitetlərin fəaliyyəti dayandırılacaq Azərbaycanda bu universitetlərin fəaliyyəti dayandırılacaq](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/1642/1642-azerbaycanda-bu-universitetlerin-fealiyyeti-dayandirilacaq-1.jpg?1711392870)
Akkreditasiyadan keçməyən universitetlər barədə hansı tədbirlərin görüləcəyi açıqlanıb.
Publika.azxəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova məlumat verib.
O bildirib ki, ali məktəbə bu halda iki illik şərti akkreditasiya verilir və qəbul dayandırılır:
"Bu, ona görə edilir ki, II-III kursda təhsil alanlar təhsilini başa vursunlar. Bundan sonra yenidən akkreditasiya aparılır. Əgər yenə problemlər aradan qaldırılmayıbsa, o zaman ali təhsil müəssisəsinin fəaliyyəti dayandırlacaq".
Dostlarınızla paylaşın!