
Abituriyentlər imtahan nəticələrini “NAR Mobile” mobil operatoru vasitəsilə də öyrənə biləcəklər
                 
                04.04.2012 
                
 
                
                
                
                 
                596 
                
           
                
            
Sınaq və qəbul imtahanlarının nəticələrini TQDK-nın internet saytı ilə yanaşı mobil telefon xidməti vasitəsilə də öyrənmək mümkündür.
 Artıq nəticələr elan olunduqda "Azercell" və "Bakcell" şirkəti ilə yanaşı, "Nar Mobile" mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə "İmtahan-Info" xidməti vasitəsilə imtahan nəticələrini öyrənə biləcəklər. Xidmət Azerfone MMC-nin servis və məzmun təminatçısı olan "Azericom" MMC-nin texniki dəstəyi ilə həyata keçirilir.
Dostlarınızla paylaşın!
            
      
    		     
                    
                    
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
      
              
